Həllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.

Hər gülüstanı istəsə birdəm xarab edər,Ya bir xarabı döndərir bağ-ü bahara pul.

Kəh nar əhlin istəsə nur əhli eyləyər,Kəh nur əhlini salıb bir dəmdə nara pul.

Hər cildə hər libasa girər var izzəti,Olmaz qərib qoysa qədəm hər diyara pul.

Artıxdı hökmi Qeysər-ü xaqan-i Çindən,Cəzb-i qülub edər isə gər işarə pul.

Məkkə yönünə sərf olunur kə mədinədə,Gahi şərabə xərc olunur kə qımara pul.

Bilməm nə qüvvədir bu, nə təsirdir ki pul,Aləmdə istəsə külli hər növ karə pul.

Bir eybi var ki çox mütəkəbbirdi bəzi tək,Daim üzün çəkər füqəradan kənarə pul.

Dünyada nik-bəd yetişir xalqa puldan,Kə ənkübinə gah dönər zəhr-i mara pul.

Salmış xəlayiq içrə bəsi şor-ü ğəlğələ,Durmuş özi o halətə eylər nəzarə pul.

Bir para əqdnamə və qəbzə basar Pıçat,Şəltük zar kasibi eylər icarə pul.

Bəzilərə fəraham edər fərş-i rəxt-ü xab,Bəzilərə qərar verir pust parə pul.

Bəzilərin bu əsrdə Fironə döndərüb,Əshabi-kəhf tək neçəsin saldı qarə pul.

Kə Lənkəranda Hacı Nəsirə nəsir olub,Zidə verüb həsir salubdur həsarə pul.

Hacı filan ağayifə çoxdur məhəbbəti,Salmış onun məhəbbətini aşikarə pul.

Yarəb səbəb nədir ki bu növ həristir,Hər pərdə olsa adəm biətibarə pul.

Kə Bakıda Təqi Ufa vermiş kürur ilən,Ənkuşt nüma edüb onu xordü kübarə pul.

Kə Hac Hacı ağanı milyonçu eyləyüb,Əhli-cahan azərə gətirüb iftixar pul.

Bəzi ləim və nakəsə vermiş iqtidar,Eyləyüb onu zamanədə sahib-i idarə pul.

Baxsa bəsirət ilə görər mərd-i huşyar,Damin qurubdu dənə səpüb hər güzarə pul.

Yüz döndərəndə əsbi çıxardar qatardan,Yüz göstərəndə qatırı bağlar qatarə pul.

Kə bəçə rəiyyəti eylər o küdxuda,Kə göndərər bəg oğlunu hər gün bigarə pul.

Bir para şəxs öləndə qoyar yerdə bikəfən,Kə kisə-kisə xərc olunar bir məzarə pul.

Kə bir hisar dairi zir-ü-zəbər edər,Kə bir xarabə yerdə tikər bir minarə pul.

Çox təzə kərbəlayiləri tacir eyləyüb,Mərcan-ü kəhrəba ilə səng-i sitarə pul.

Molla-ü şeyx-ü seyyid-ü təlabi seyd edər,Gahi üqab kimi çıxanda şikarə pul.

Kə şahi fil bənd qılar, kə vəziri mat,Rux göstərib piyadəni eylər süvarə pul.

Hər işdən ötrü istədiyin istər eylər,Gər eyləsin o barədə min istixarə pul.

Yox Qasır ilə heç bu pirin ülfəti,Şamə əgər tapılsa, tapılmaz nəharə pul.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri