Mürəbbə: Sənə ey pədərəm bu iki sözü
Sənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
Neçə gündür xidmətinə gəlmirəm,Bəlkə çıxartmısan bizləri yaddan.
Könlümdə çox vəhşət, çox əza olub,Məndən bu viranə yüz cəfa olub.
Təzə kərbəlayı bivəfa olub,Doğrusu düşmüşəm mən etiqaddan.
Gənə sənə deyim, qoy bari, dərdi,Sənsən zamanənin mərdanə mərdi.
Hər çənd çəkərəm bəxtimə nərdi,Mühreyi-talım çıxmaz kəsaddan.
Gedər gülüstana xəyali-ruhun,Görəsən necə oldu məskəni-Nuhun.
Deyirlər var Qasıra lütfi Məcruhun,Həqiqət dilşadam bu quru addan.
Kitabxana.az · https://kitabxana.az/works/sirvanli-molla-ismayil-qasir-murebbe-sene-ey-pederem-bu-iki-sozu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Filan öz qızını şövhərə verdi,Yəni ki bizim türki dilicən ərə verdi.
OdunÇıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.
Qara pulHəllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.
Məhəmməd Əli bəy MəcruhəƏbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.
Başqa şairlərin şeirləri
Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas ilə,Mübarək məqdəmin basmış gül üzrə iltimas ilə,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Cadu gözünə rahibü tərsa nə münasibCadu gözünə rahibü tərsa nə münasib?Əyri qaşına taği-kəlisa nə münasib?
GəlsinOturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin