Yazdım sənə bu naməni, dilbərim,Oxu məzmununu qan, Bala xanım.Dili şirin, dodaqları şəkərim,Natavan cismimə can, Bala xanım.

Eşitdim söhbətin Molla Əlinin,Danışdığın dəli oğlu dəlinin,

Nə rəvadır qoca kişi gəlininTapsun vüsalından can, Bala xanım.

Nə layiqdi məni əldən atasan,Qoca hirik kişiləri tutasan,Gəlsən mənə, qoymam səni yatasan,Xoruzlar çəkincən ban, Bala xanım.

Məndə vardır neçə cürə söhbətlər,Aparmağa cürə-cürə ləzzətlər,Yəqin ilə arif olan övrətlərDüşməz məsləhətdən yan, Bala xanım.

Sən tərlan cinsisən, dönüb sar olma,Tay tuşların içində gül xar olma,Məni qoyub özgələrə yar olma,Düşər ortalığa qan, Bala xanım.

Qasırın artubdur möhnəti, qəmi,Səndən yarasının vardır mərhəmi,Hər gədazadənin olma həmdəmi,Tanı mərtəbəni qan, Bala xanım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri