Səxavətsiz dövlət nəyə gərəkdir,Əgər yığsan bu dünyanın sanınca.Mərifət lazımdır bir insan üçün,Hökmü olsa Dağıstanın xanınca.

Qəlbimdə gəzirəm Şeyxi-Sənanı,Belə qərar verib kərəmin kanı.Qanmazın yanında qananın canı,Üzüləcək, o da mətləb qanınca.

Abdullayam, dostla ara dəyibdi,Çünki olub bəxti qara, dəyibdi.Sinəmə hesabsız yara dəyibdi,Qərar tutsa bir zənburun sanınca.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri