Ağ ağalar, ay qazılar,Mən bu dərdə dözüm, neynim?Düşdüm qəmin dəryasına,Qəvvas olum üzüm, neynim?!

Dərdim olubdu ziyada,Bir yetən yoxdur fəryada.Arsız, qəmli bu dünyadaHeç bilmirəm gəzim, neynim?!

Abdulla düşüb azara,Dərdi yetib səd-hazara.Qoyan yoxdur bir məzara,Öz əlimlə qazım, neynim?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri