Yaz, qələm, indi
İzin versən durum, dönüm başına,Mənim ərzi-halım yaz, qələm indi.Gəl rəhm eylə gözdən axan yaşıma,Dostun zəhmətinə döz, qələm, indi.
Dostun həsrətindən olmuşam Sənan,Misirdə satılır Yusifi-Kənan,Dilimdə əzbərdi, könlümdə pünhan,Eyləyib dərdimi yüz, qələm, indi.
Hər nə söz deyilsə götürən sənsən,Könlüm mətləbini bitirən sənsən,Yaxşını yamana yetirən sənsən,Yaraşır şəninə söz, qələm, indi.
Sən lövhi-məhvuzdan olubsan aşkar,Sənə nəzir qılıb qəni-kirdigar.İsmim Abdulladı, özüm sənətkar,Sizə ümidvarıq biz, qələm, indi.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-yaz-qelem-indi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Arifi-müəzzəm, ey nuri didəm,Mənim təki ömrü bad olan varmı!?
Olmaz-olmazYaxşıya bəd demə, düz demə nəsə,Çalış toxunmasın sözün bir kəsə.
Səxavətsiz dövlət nəyə gərəkdirSəxavətsiz dövlət nəyə gərəkdir,Əgər yığsan bu dünyanın sanınca.
YaxşıdıQədəm qoyub bir məclisə varanda,Həcv-hədyan sözdən bəli yaxşıdı.