Yaxşıya bəd demə, düz demə nəsə,Çalış toxunmasın sözün bir kəsə.Kökü yerdə olub Günəş görməsə,Hər bitən ağacda bar olmaz-olmaz.

Şirə döşürsən də sən ətək-ətək,Arı bal toplamaz olmasa pətək.Uca ağaclarda bar olmayantək,Namussuz sifətdə ar olmaz-olmaz,

Sənətkar, sözün yaz, durma fəth eylə.Gəzib yaylaqları sən gülə-gülə,Fəqət bağlanmasan obaya-elə,Bil sözün dillərdə car olmaz-olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri