Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,Dərd-qəmin barkeşi olmuşam,İstərəm bir neçə naqaləmindi

Rövnəqi var hər nə desəm yaranlar,Qəmzə ilən bağrım başın yaranlar,Bizi bunda tənha qoydu yaranlar,Könül eşq səmənddin naqaləmindi

İslah olmaz öyrətmədin yaxamı,Anbar olsa yaza qalmaz yaxamı,Qəm əlindən qurtarmışkən yaxamı,Başım alım gedim naqaləmindi

Rəqib bizi dost kuyindən dağıtdı,Sinəm üstə dügün qoydu dağıtdı,Bir top ilə qəm çərisin dağıtdı,Nə ləşkərim qaldı naqaləmindi

Məhmani bu gündə Cümədə getdi,Ariflər mənaya Cümədə getdi,Dostum Aşıq Salih Cümədə getdi,Olarsız dünyada naqaləmindi

Təsadüfi şeir

Başqa şairlərin şeirləri