Xəbərsiz getmə
Xəbərsiz tökülür yaz yağışları,Çəmənlər xəbərsiz bəzər dünyanı.Saçıma ələnər dağların qarıFikrim bulud kimi gəzər dünyanı.Ömür bu yüyənsiz ata bənzətmə,Sənə yalvarıram, xəbərsiz getmə.
İllər də ömürdən xəbərsiz gedər,Bilməzsən hayanda bitər həsrətin.Mənim ayrılığa dözümüm yetər,Di gəl ki xəbərsiz ayrılıq çətin.
Kirpikdən ayrılan yaş kimi itmə,Sənə yalvarıram, xəbərsiz getmə!
Çiçəklər oxuyur çiçək dilində,Ürək nəğməsini ürək eşidir.Ruhumda xəlvəti ağrılar bitər,Xəbərsiz hücumlar düşmən işidir –Özünü bu çətin yola öyrətmə,Sənə yalvarıram, xəbərsiz getmə!
Dünyaya min sirrin sorğusu yağır,Hansı ünvanadır, bilən tapılmaz.Sən mənim dərdimə şəriksən axı,Sənsiz dərdlərimi bölən tapılmaz.Belə zarafatla mənə ərk etmə,Sənə yalvarıram, xəbərsiz getmə!
Qayadan kiminsə göz yaşı axır,Sonuncu məktublu yamacdakı iz.Qəbristan yolları bizsiz darıxır,Ölüm qapımızı güdür xəbərsiz...Ömrümüz didilir, ürəyi didmə,Bu yollar geriyə dönməyəcəksəBu nəğmə yenidən dinməyəcəksəSənə yalvarıram, xəbərsiz getmə!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-xebersiz-getme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
AğlamaAylar-illər mən yolunu gözlədim,Düz ilqarlı Bəsti xanım, ağlama.
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.