Günəş işığını əndərər yerə,Cücərən otların üzünə vurmaz.Göllər güzgüsünü tutar göylərəQızıl buludların üzünə vurmaz.

Ağrılar yığılar sinəsə səssiz,Zəhər damcılayar badəmə səssiz,Dağlar qucaq açar bu qəmə səssiz,Başındakı qarın üzünə vurmaz.

Ömrüm çox udsa da göz acısını,Minnətsiz çəkibdi tale nazını.Torpaq – ağrısını, güllər – yasınıGecikən baharın üzünə vurmaz.

Hicran – yoxluq anım, görüş – sağ anım,Qoy yenə qoynuna qaçıb sığınım,Bizim aramızdan çıxmadığınıƏlim, qoşa narın üzünə vurmaz.

Çox iti yanırmış sevgi ocağı,Gəl bundan incimə, nə olar axı?Sənintək gözəllər belə günahıMən tək günahkarın üzünə vurmaz!

10.III.1980

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar