Torpaqdadır
Bir pərdəyəm tardan gizli,Bir istəyəm yardan gizli...Göydən gizli, yerdən gizliSirrim bu ağ varaqdadır.
Hücum çəkir üstümə qəm,Düşünürəm kiməm, nəyəm?Ürək deyir: yaxşı nəğməmQorxma, hələ qabaqdadır.
Ayrılıqdan olmaz doyan,Tale deyər di yan, di yan...Araz axır sirri bəyan,Nalələri dodaqdadır.
Haqq yolunda sın, armı heç,Dost da dostu sınarmı heç?!Yad önündə sınarmı heçKimin əli yaraqdadır...
Düz sözümdən sıxılmaram,Dərd oduna yuxalmaram,Hər tufana yıxılmaram,Köküm ana torpaqdadır!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-torpaqdadir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Eşk Səfili, dəli könül, qayna soğulma,Maç urud dəryaya taşmax yaxşidur,
GöyərdiBu dünyanın qara daşı göyərməz.*Musa Yaqub*
Dünya, sənin etibarın yox imiş(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə