(Mirzəcanın vəfatı münasibətilə)

Dünya, sənin etibarın yox imiş,Bir xəbər ver, Mirzəcanı neylədin?Neçə bəylər ilə, neçə xan ilə,Göftarı xoş, əhli-canı neylədin?

Neçə şəhr üstünə cəng edib savaş,Cari olub sel yerinə qanlı yaş.Fələk, etdin taci-təxtini taraş,Nökər, nayib, xanimanı neylədin?

Puç dünya, səndə bir yaranan hanı?Günbəgün artırdın şövkəti, şanı,Tiflisin sağ əli, sərdarın canı,Viran qoyub Dağıstanı, neylədin?

O fələkdir göyü, yeri dağlayan,Əzəl şad eyləyib sonra ağlayan,Sinəsində şer kitabı bağlayanSahibi-huş, gövhər kanı neylədin?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale