Çanaqçı mülkündən səfər elədik
Çanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.Şəcər gəldi, urdu, şikar eylədi,Tökər didələrim sellər, ağlaram.
Nagahandan böylə düşdüm dərdə mən,Necə çəkim eşq üzünə pərdə mən?Gözü yaşlı gəldim Tağaverdə mən,Pərişan olubdur tellər, ağlaram.
Bir şahandaz şahbarım gedibdir,Kəsilibdir ixtiyarım, gedibdir.Köksü dağlı bir tavarım gedibdir,Quruyub lal olub dillər, ağlaram.
Bir Pəri dil aramında qan ağlar,Çəkilib sinəmə dügünlü dağlar,Ölübdür bülbülüm, lal olub bağlar,Saralıb-sovulub güllər, ağlaram.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-peri-canaqci-mulkunden-sefer-eledik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşitmişdik, qulluğuna yetişdik,Gördük ki, düşmüsən dildən-dilə sən.
Mürşidi-kamildən dərsimi aldımMürşidi-kamildən dərsimi aldım,Can götürüb bu meydana gəlmişəm.
SəninNə yatıbsan ləhaf bəstər içində,Bimarmısan, nədir bəs halın sənin?
OynaşırKatiblərin şahı dəftər içindəQələm ilə nazik əllər oynaşır.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Arayıb, axtarıb bir yar sevəsən,Ağıl- mərifətdən ustakar ola.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Ömrümün bağında becərildi qəmQalmadı nə sərvim, nə də ki, laləm.