Sənin
Nə yatıbsan ləhaf bəstər içində,Bimarmısan, nədir bəs halın sənin?Eşqin mərəzinin mən təbibiyəmBəyan eylə mənə əhvalın sənin.
İsmi-şərifiniz dada yetişsin,Mətləb alıb hər murada yetişsin.Xaliq özü bir imdada yetişsin.Hifzində saxlasın zavalın sənin.
Bar ilahım gülzarına qıymasın,Xəstə olan bimarına qıymasın,Şirin-şirin göftarına qıymasın,Bağışlasın qaşi-hilalın sənin.
Bir məsəldir: Bağban olan bar çəkər,Əndəlibin həm meyli gülzar çəkər,Allahına bəndə ahü zar çəkər,Qəm çəkmə, kamildir kamalın sənin.
Mən Pəriyəm, eşqə zaram neyləyim,Dərdi-dildən xəbərdaram, neyləyim,Burdan ora intizaram, neyləyim,Şəfalansın nuri-vüsalın sənin.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-peri-ne-yatibsan-lehaf-bester-icinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Müğənni, ruh verən sazını bir al,Bizə ürək açan xoş bir hava çal!
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,