Mirzəcan:Mən ki öldüm, həsrətindən ey PəriCanım alıb, o məstanə gözlərin.Yanında qəmzəsi, işvəsi, nazı,Hər dəm baxıb, afətanə gözlərin.

Aşıq Pəri:Hər nə ki danışsan əfsanədəndir,Batacaqdır məkri-qanə gözlərin.Sən mənə rəqibsən, həmi naməhrəm,Sataşmasın zənəxdanə gözlərin.

Mirzəcan:İstəmənəm seyraqəbin ülfətin,Çox çəkirəm sənin çünki möhnətin,Çünkü bilmiş ağlamağın ləzzətin,Qoy ağlasın, yana-yana gözlərin.

Aşıq PəriTəbib olan, yarə bağlamaq ilə,Eşq oduna cigər bağlamaq ilə,Kim vayə çatıbdır ağlamag ilə,Bicay yerdə doydu cana gözlərin.

Mirzəcan:Əqlimi itirib, zayil olmuşam,Dərdindən başlayıb, sayil olmuşam,Aləm bilir sənə mayil olmuşam,Od salıbdır Maralyana gözlərin.

Aşıq Pəri:Eşqin məstliyinden ayıl deyiləm,Hər nə ki danışsan, qayıl deyiləm,Leyli sifət, sənə mayil deyiləm,Məcnun kimi, nə divanə gözlərin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri