Üzünü görsə əgər gərblər iymanə gəlir,Küfrdən əl götürüb, rahi-müsəlmanə gəlir.

Baxmasınmı sənə ayinəvü həm abi-rəvan,Aparır feyzi-bədən, hər ikisi canə gəlir.

Gün sərasimə səri-kuyuna ilğar gecədən,Necə bir qul duruban xidməti-sultanə gəlir.

Düşmək istər şəmi-rüxsarına zülfi-siyəhin,Bəxtinin qarəliyin gör, oda pərvanə gəlir.

Xət bu məzmun iləndir dövri-ləbində, guya,Ləşkori-hind tutub Rumi, Bədəxşanə gəlir.

Zindəganlıq mənə düşvardır ondan sonra,Bar-ilaha, mənə gəlsin, nə ki, cananə gəlir!

Qorxuram Zakiri hicrin qəmi bir halə sala,Gören adəm deyə “vay-vay!.. budu divanə gəlir”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq