Cəfərqulu xana

Vücudi-lətifin, ey taci-sərim,Eşitdim Qələdə bərhəm olubdur;İztirabə düşüb bu macəradənTəmam əhli-Şişə, pürğəm olubdur.

Qış günü Doyranda qalan əhli-beyt,Yay Əylisə məskən salan əhli-beyt,Didarına müştaq olan əhli-beytÜzün görüb şadü xürrəm olubdur.

Təəccüb eylərəm, Allahu əkbər,Boyaqçının küpü azıbdır məgər?Yüz ildi nəzərdən saldığın YetorTəzədən sizinlə həmdəm olubdur.

Qövmü qardaş düzülübdür yanına,Duagudur şövkətinə, şanına;Neyləsin, qarışıb qanı qanına,Fəqirlər siləyi-ərhəm olubdur.

Otaqda qatıban qurunu yaşa,Yeyərlər, içərlər verib baş-başa;Biz görən tək deyil Abdulla paşa,Cürət bəhəm edib, ötkəm olubdur.

Düşmüşdü nəzərdən müddət binəva,Çıxmalı deyildi üzə mütləqa;Neçə gündü saçı, saqqalı,guya,Külahi-buxara püf-nəm olubdur.

Öz xələfin gərək gözləyə kişi,Sağlığında ola alış-verişi,Hidayət ağanın düzəlib işi,Vəliəhdliyi möhkəm olubdur.

Xan varisi lazımədir ola xan,İşləyə bəratı hər tərəf, hər yan;Gurbəyə dönmüşdü biçarə oğlan,Zahirən ki, indi Rüstəm olubdur.

Mehrü məhəbbətin keçsə bu minval,Çıxar aralıqda olan qiylü qal;Basqın qoşun kimi dağılan ətfalYığılıb üstünə, sərcəm olubdur.

Rağib indi cövrü zülmə hər zaman,Təbiətin zahir, felin nümayan;Gəlib gedən söylər bəndəgani-xanİndi İbrahimi-Ədhəm olubdur.

Bir kimsə yüz ola fəhmdə sərraf,Eyləyə Kəbəyə min kərrə təvaf;Hədd-yəqin olsun sənə, biinsafHər iki aləmdə mülzəm olubdur.

Qorxuram göz dəyə bu ittifaqə,Bir az əhli-hərəm qoysun aşağə;İltifatın daim övrət-uşağəİnanmazam əgər görsəm olubdur.

Bunlar yola gedər, bir tazə xəbərYetişib güşimə, rast olsa əgər;Tərəhhümə gəlib deyirlər dilbər,Təmam müddəilər əbsəm olubdur.

Rüxsari-alından manəndi-günəş,Düşmüşdü sərasər cisminə atəş.Şükr eylə qadiri-biçunə, məhvəşZəxmi-dərunünə mərhəm olubdur.

Bir müddət keçirdin ahü zar ilə,Qəmü möhnət ilə, intizar ilə;Adətdi aşiqin nazlı yar iləArasında belə çəm-xəm olubdur.

Hər hacətin olsa istə xudadən,Əl götürmə təvəkküldən, duadən;Aşiqə məşuqun başdan, binadən,Nazü istiğnası hərdəm olubdur.

Əmanət, əmanət, dəyməsin ara,Düşməsin ədavət bir də dübarə;Şamü səhər eylə təməllüq yarə,Həq yetirib, özgə aləm olubdur.

Tusəni-şəhvəti geri çək bir az;Olmasın səg rəqib zəbani diraz;Allah eyləməmiş, olursuz nasaz,Bir zaman görərsən dərhəm olubdur.

Yarımayıb kimsə ömründə səndən,Mükəddər qayıdır qapına gələn.Əsirgəmə feyzin, ey qibleyi-mən,Düşəndə Zakirə kəm-kəm olubdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira