Könül, əbəs yerə üzmə canını,Xubların əhdində olmaz vəfası.Avarə qoyarlar aşinalərin,Yadlar ilə olur zövqü səfası.

Əqlü huşum gedib bir Leylivəşdə,Məcnuni-şeyda tək düşmüşəm dəştə,Gecə-gündüz dolanıram sərgəştə,Vurubdur başıma kakil həvası.

Müddətdir dərdindən avarəyəm mən,Karü şüğlüm olub naləvü şiyvən;Rəhmə gəlib, padişahim deməzsən,Harda qalıb bu dərgəhin gədası.

Hicrində gecələr kəsilib xabım,Günbəgün artırır cövrü əzabım.Nə fəraqə səbrim, nə vəslə tabım,Bilməzəm bu dərdin nədir dəvası.

Zakirəm, kuyində eylərəm fəryad,Məgər eşitməzsən, ey sərvi-azad?Bidar eylər idi çalanda FərhadŞirini yuxudan, tişə sədası.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran