Kilki-qüdrət ilə katibi-qəza
Kilki-qüdrət ilə katibi-qəzaLövhi-cəbinində iki tağ çəkib.Elə ki, yetişib ala gözlərə,Hər birisin qaynar bir bulaq çəkib.
Olan səyin verib ləbü dəndana,Onun üçün munca nəfi var cana.Əzib ləli, qatıb abi-heyvana,Qənd ilə yoğurub dil-dodaq çəkib.
Xubları çəkibdir şəhbazi-qəşəng,Cilvəsində afət, qəmzəsində cəng,Qaşü gözü xəttü xalı siyəhrəng,Gərdəni, sinəni, üzü ağ çəkib.
Düzübdü səfheyi-rüxsarına dən,Damü-geysulərə ilişir görən.Xubları çoxbilən, məkkarü pürfən,Aşiqi miskini sadə-saq çəkib.
Zakirinəm, ey bavəfa dilborim,İntizar çəkməkdən yanıb cigərim;Qoy baxsın üzünə həsrət gözlərim,Müddətdir yolunda iştiyaq çəkib.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-kilki-qudret-ile-katibi-qeza
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün ol şuxi-sitəmkarə rəqibdən yaniQıldım izhar qəmü dərdi-dili pünhani,
Vay, yüz min vay kim, qoydu fələk tənha məniVay, yüz min vay kim, qoydu fələk tənha məni,Künci-qəmdə axtara bir kimsə yox qəta, məni,
Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdirVer müjdəmi, ey dil ki, nigarın gələcəkdir,Qönçədəhanü laləüzarın gələcəkdir,
Etdi Məcnun kimi şeyda məni bir LeylicəmalEtdi Məcnun kimi şeyda məni bir Leylicəmal,Türki-xəncərkeşü aşiqküşü pürşurişü qal,
Başqa şairlərin şeirləri
محنتکدهٔ عشق تو نام دل من
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Gəlsə qiyamət, ay ataNə yaman eyləmisən rüşvətə adət, ay ata,Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,