Kilki-qüdrət ilə katibi-qəza,Maşallah, əcəb gözü qaş çəkib!Xəttü xalə verib xeyli nəzakət,Siyəh zülfü hamısından baş çəkib.

Gərdənin, qamətin qiyaməti var.Harami qəmzənin yüz afəti var,Həqdir, tər buxağın lətafəti var,Amma rüxi-alı çox qumaş çəkib.

Tərhi bir özgədir incə miyanın,O mərmər sinənin, bəyaz püstanın,Ədən dəryasında dürci-dohanınİçində dürləri xoş təraş çəkib.

Məşuqun işidir cəng ilə cədəl,Bilir rəsmü rahı, eyləməz əməl,Çəkəndə aşiqi noqqaşi-əzəl,Dilində ah, gözlərin yaş çəkib.

Ol zalimü bədxu, şuxü sitəmkarZakirin halından deyil xəbərdar.Eşq əhlini edən dərdə giriftar,Heyf ki, xubları bağrı daş çəkib.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq