Sevdiyim, gələ-gör bahar fəslidir
Sevdiyim, gələ-gör bahar fəslidir,Könül istər gəzə bağı səninlə.Gecə qucaqlaşıb yataq qol boyun,Bir də duraq səhər çağı səninlə.
Nə xoş səadətdir dodaq-dodaqda,Məzə müqabildə, badə qabaqda.Vermənəm aləmə xəlvət otaqdaDeyib, gülüb, danışmağı səninlə.
Xahi aqil olam, xahi divanə,Yoxdur ehtiyacım hürü qılmanə,Gedərəm duzəxə mənıdü mərdanə,Əsli budur sözün sağı səninlə.
Aşiqələr bağrını şan-şan elərsən,Gündə birin kəsib qurban elərsən;Hər qiya baxanda yüz qan elərsən,Müşküldür dolanmaq, yağı, səninlə!
Ləbindir Zakirin abi-həyatı,Dirildir ölünü hər ixtilatı;Neylərəm şəkkəri, qəndi, nəbatı,Xoşdu mənə içmək ağu səninlə.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-sevdiyim-gele-gor-bahar-feslidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qələtdir qocaya novcəvan sevmək,Sevgi sevgisinə bərabər gərək.
Könül, baxa-baxa rüxi-zibayəKönül, baxa-baxa rüxi-zibayəGözündə qüvvəti-bəsər qalmamış.
Vəsfi-halYaran, mənimlə baziyi-çərxi-xərifə bax!Mən natəvanə eylə nəzarə, hərifə bax!
Cananə üçün zindəganlıqCananə üçündü zindəganlıq,Cananəsiz ömrdü ziyanlıq,
Başqa şairlərin şeirləri · Eşq
Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Leyli və Məcnun, fəsil 12Hər gün parladıqca sübhün güzgüsü,Doğardı şərqin də Yusif üzlüsü.