Vəsfi-hal
Yaran, mənimlə baziyi-çərxi-xərifə bax!Mən natəvanə eylə nəzarə, hərifə bax!
Dərdü qəmi-fəraqı töküb yeksər üstümo,Bari-giranı gör, məni pirü-zəifə bax.
Yetmiş yaşında der mənə inkari-eşq qıl,Ol bihəyadən verən əmri-xəfifə bax!
Yandırdı cismü-canımı ol nari-qəhrinə,Əxlaqı zişt, tərzü ədası kəsifə bax!
Verdi təmam qarətə bir kəndi bigünah,Əhlü əyalə qalmadı bir zərrə cifə, bax.
Yaxşı yerin yaman tutar-ayini-dəhrdir,Olmuş cəmi-ali-Xəlilə xəlifə, bax!
Bir nəfəs qalmayıb ona bir niş vurmasın,İstər sala gədalığa fitə, qədifə, bax!
Doyrana gör yolun düşə, qeyrət gözün açıb,Tiği-sitəmlə qanə bələnmiş zəifə bax!
Diki-dəruni kurcyi-“həl min məzid”dir,Məndən bətər əlilü zəlilü nəhifə bax!
Qurtar üzündən əhli-Qərabağın, ey könül!Get sərzəmini-Bakidə bir qədər keyfə bax!
Səngi-sitəmdən olmadın eymən bu Şişədə,Eylər səfər Şamaxiyə, şəhri-lətifə bax!
Qəvvasi-təb bəhri-bəla içrə qərq ikən,Şərhi-qəmi-dirazəvü kutəh rədifə bax!
Olsa həyat baqi, gələr dalı dəmbədəm,Yazdım bu babdə bir əcaib lətifə, bax!
Zakir kəsib əlaqə qamu zihəyatdən,Ol həyyü layəmutdən istə vəzifə, bax!
Kitabxana.az · https://kitabxana.az/works/zakir-vesfi-hal
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Dur, ey mürği-səhər, billah, ağaz etDur, ey mürği-səhər, billah, ağaz et,Sərağazın odunu cangüdaz et.