Sənin günəş camalınaOlsun şəmsü qəmər sədqə;Gözünə, rüxi alınaNərgisü güli-tər sədqə.

Dur sallan,ey şahi-xuban,Düşsün əyağına yüz can.Yay qaşlara vəsmə qurban,İncə belə kəmər sədqə.

A yanağa siyəh birçək,Təəccüb, yaraşır göyçək;Hər telinə yüz mənim təkAşiqi-dərbədər sədqə.

Mayiləm xülqü xuyuna,Valehəm göftiguyuna,Dəmbədəm səgi-kuyunaParə-parə cigər sədqə.

Zakirinəm, rəhm et mənə,Üz tutub gəlmişəm genə;Çıx xanədən, olsun sənəNeçə əhli-nəzər sədqə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri