— Abdulla:Çıxdı əlimiz ata-anadanMənim dərdimə yanan qardaşBu dərd sənin deyildir, mənim dərdimdirBu dərdə həmdəmim olan qardaş

— Şah Səməd:Səbr ilə, qardaşım, qəza işidirDanışma bu sözləri, aman, qardaşO can sənin deyildir, mənim canımdırİki təndə varıq bircə can, qardaş

— Abdulla:Gecə-gündüz duam budur XudadənYetirsin mətləbə bizi YaradanHeç kəsin olmasın əzəl bənadənOx deyib danışıban yanan qardaş

— Şah Səməd:Gecə-gündüz dilərəm haqdan hacətiMövlam bizə versin işdə nicatiTanrı başa dək versə həyatıYetərik mətləbə havadən, qardaş

— Abdulla:Gəlibən düşdük qərib ellərəÇox yaşlar axıtdıq biz bu çöllərəQəlbi sınıq baxırıq daim yollaraZülmün ocağında qovrulan qardaş

— Şah Səməd:Gəl ağlama, Abdulla, sən birdə hərgizAllahın əmrinə ol gələn düm-düzAxır ki mətləbə yetəcək bizSən fikir çəkmə, heç yandan, qardaş

— Abdulla:Çevir üzünü sən o dərgahəGəl düşmə bu qədər fəryadə, ahəSıdqını bağla qadir AllahaYan tutma sıdqını Xudadən qardaş

— Şah Səməd:Düşübən eşqə gülmədi üzümAləmə səd oldu mənim bu sözümCeyhunu doldurdu yaş ilə gözümAşıb daşıb keçdi dəryadan qardaş

— Abdulla:Aşiq olan tökər gözdən yaşınıYar yolunda qoyar can və başınıFikr eylər özünə haqqın işiniKim qaçıb qurtular qəzadan qardaş

— Şah Səməd:Şah Səmədəm, ah çəkibən ağlaramAl çıxarıb mən qaralar bağlaramHicr oduyla bağrım başın dağlaramQaçmaram dəxi yüz bəladən qardaş

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq