Olsun
Bulud göydə düzüm-düzüm düzülürGet, gözəl, səfərin mübarək olsunGözlərimdən abi-nisan süzülürGet, gözəl, səfərin mübarək olsun
Nə tutmusan qızıl yer qaşımdanQəm çəkməsən, gözdən axan yaşımdanSən ki getsən, əqlim gedər başımdanGet, gözəl, səfərin mübarək olsun
Sən ki varsan, bu aləmin alisənCümlə bu dünyaya şəfəq salısanYüz il get, sən Abdullahın alisənGet, gözəl, səfərin mübarək olsun
Kitabxana.az · https://kitabxana.az/works/badarli-abdulla-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir