Təcnis: Ey sevdiyim, məni astanəndən
Ey sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü QarabağDedim: Qəmə qərqəm, tut əlimdən çəkDeməmişdim ki, gəl başıma Qarabağ
Kəştə çıxıb süsən-sünbül dərgədəGül üzünə inci düzmüş dərgədəKəlbək olub yaslanmışam dərgədəİnanmasan sal boynuma Qarabağ
Görək duran bizə aya tən edərAlim olan oxur, ayə tən edərMünəvvər cəmalın ayə tən edərAğ sinənin istiğna qılar Qarabağ
Sərrafəm, istərəm gərəkdir mənəLütf ilə burqəyin gərəkdir mənəYarsından ayrılsam gərəkdir mənəBir molla, bir tabut, bir də Qarabağ
Eşqin mənə verir ay, ağlar gözümDərdi-qəmin gəlib ay, ağlar gözümAbdulla deyir: durmaz ay, ağlar gözümXəyalıma hər düşəndə Qarabağ
Kitabxana.az · https://kitabxana.az/works/badarli-abdulla-tecnis-ey-sevdiyim-meni-astanenden
← → düymələri ilə keçid, R — təsadüfi şeir