Görmədim
Vahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədimCəmal və kəmalın dildən eşitdimNə fayda, zənəxdanı görmədim
Neçə müddət könlüm intizar idiFikrim zikrim xəyalımda yar idiMən çox gəzdim o dövranı görmədimDedilər ki yaxşı dövran var idi
Dövri-ruyin almış təravətYandırdı ciyərim nari-firaqƏzrail tək gəldi ruzi-qiyamətGetdim Sidrətül-müntəhanı görmədim
Səndən ayrı ah-əfğan edirdimBu sirrimi xəlqə nəhan edirdimKönül məclisində seyran edirdimBaxdım şəm'i-şəbistanı görmədim
Abdullahəm, baş açmadım bu sirdənFələk yüz döndərdi mən tək fəqirdənMöcüzələri xəbər aldım XızırdanCavab verdi: Məsihanı görmədim
Kitabxana.az · https://kitabxana.az/works/badarli-abdulla-gormedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
İki təzə gəlin dayanıb qoşaBiri yaraşıqsız, biri tamaşa.
İstəmirəmViran qalsın belə dövran, zamana,Bez tapılsa ipək, şal istəmirəm.
Pişvaqiədən: Çərx hirətdədir aya nə təmayüldə imişÇərx hirətdədir aya nə təmayüldə imiş,Meyli-xurşidi-fələk hansı şəmaildə imiş
Axıtdım qanlı göz yaşın, hübabindən məkan etdimSəni yadlar gözündən ol məkan içrə nihan etdim.