Yavrum, uyu! Quzum, uyu! Ağlama,Yaralıdır köksüm, bir də dağlama.Annənə bir az da olsa şəfqət et,Xəstə yavrum, yetər bunca, rahət et.Uzun gecə sabahatək mən yatmam,Ağlaram mən, səni fəqət ağlatmam.Laylay deyib titrədərəm beşiyin,Həp çəkərəm gecə-gündüz keşiyin,Yedirdərəm sənə gözüm yağını,Göstərməsin tanrı mənə dağını,Nə zəhmətin olsa, yavrum, dözərəm,Mən də səninlə öyünüb gəzərəm.Sənsən həyatımın ən gözəl süsü,Balışımdır, yavrum, ananın köksü,Bir an könlüm yaşamaz səndən ayrı,Hər bəladən saxlasın səni tanrı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət