Abbas Səhhət
1874 — 1918 · Şair · XIX-XX əsr
- Azərbaycanca (ərəb əlifbası)
"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir
1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, şeir pərisi və şəhərli" adında romantik poeması nəşr olunur.
left|thumb|Abbas Səhhət şagirdləri ilə [[Mirzə Ələkbər Sabir|Sabirin məzarının başında]]
Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.
Kitablar
Bütün əsərləri (144)- Abbas SəhhətŞeirlərŞeirŞeirlər, 58 əsər
- Abbas Səhhət«Kəlniyət» satiralarıŞeir«Kəlniyət» satiraları, 22 əsər
- Abbas SəhhətTaziyanələrŞeirTaziyanələr, 7 əsər
- Abbas SəhhətMənzum məktublarŞeirMənzum məktublar, 6 əsər
- Abbas SəhhətUşaq şeirləriŞeirUşaq şeirləri, 30 əsər
- Abbas SəhhətHekayələrNəsrHekayələr, 3 əsər
- Abbas SəhhətYoxsulluq eyib deyilDramYoxsulluq eyib deyil, 3 əsər
- Abbas SəhhətPyeslərDramPyeslər, 3 əsər
- Abbas SəhhətMəqalələrNəsrMəqalələr, 12 əsər