Yeri düşsə əgər müsəlmandır,Vaxt olur ya İvan, ya Vartandır.O nə bundan, düzü, nə ondandır,Yeni bir şey, əcaib insandır.Geyinir “en qrand”, gəzir “ala-şiq”,Başda bir şapqa, əldə bir zontiq.Rus, frəng ləhcəsi deyir “bon”dur,Türk dilin sevməyir: “moveton”dur.Nə “Həqiqət”, nə də “Günəş” oxuyur,O ya “Morninq” və ya “Deba” oxuyur.Danışır ya frəngi, ya rusi,Metropoldur yeri, ya San-susi.Yuxudan durmağı saat birdə,Çay içir orda, yatdığı yerdə.Saat üçdə durur yeyir “dine”,Saat altı olar, yeyər “dejune”.Professor olub bizim “müsyö”,Öyrənib “bonjur” ilə bir “adyö”,Götürür felyetondan ünvanı,Dağıdır söhbət ilə dünyanı.Mətləbi başlayır o, Homerdən,Danışır Getedən, ya Şillerdən.Bəd deyil Kant, Marks ya Bualo,Vəli xoş gəlməyir ona Hüqo.Adların öyrənib bu əşxasın,Başın aldatmağa əvam-nasın.Təkcə o, arif, aqil insandır,Başqalar cümlə vəhşi, heyvandır.Bir ağıllı odur, qalan dəlidir,Əcəba, halbuki o cəzvəlidir.Dolanır restoranları sərxoş,Cibi boş olsa səhldir, başı boş.Millətin boynuna qoyur minnət,Umur etsin hamı ona hörmət.Onun axmaqlığı mühəqqəqdir,Ona hörmət edən də əhməqdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri