Vətən
Könlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.Məni xəlq eyləmiş əvvəlcə xuda,Sonra vermiş vətənim nəşvü-nüma.Vətənim verdi mənə nanü nəmək,Vətəni, məncə unutmaq nə demək?!Anadır hər kişiyə öz vətəni,Bəsləyib sinəsi üstündə onu.Südüdür kim, dolanıb qanım olub,O mənim sevgili cananım olub,Saxlaram gözlərim üstə onu mən.Ölərəm əldən əgər getsə vətən.Vətənin neməti nisyan olmaz,Naxələflər ona qurban olmaz.Vətən – əcdadımızın mədfənidir.Vətən – övladımızın məskənidir.Vətənin sevməyən insan olmaz.Olsa, ol şəxsdə vicdan olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-veten
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər sabah gün ki, saçar aləmə nur,Danədən ötrü uçar cümlə tüyur,
Ata və oğulAy dədə, dur get mənə çox şeylər al!Bir dənə çanta, bir-iki dəftər al!
Ayı və arılarBir ayının düşdü yolu bir zamanBal arısı kəndisinə nagəhan.
Bir məktəbdə imtahanİmtahan məclisi qurulmuşdur,Zalda skamyalar qoyulmuşdur
Başqa şairlərin şeirləri · Eşq
Səni kimdir sevən bica, qərənfil?Sənə mən aşiqi-şeyda, qərənfil!
Azərin duasıHəsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına,Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
AnaHaqq işinə qarşı getmə,Məni oda atma, ana.