Ay dədə, dur get mənə çox şeylər al!Bir dənə çanta, bir-iki dəftər al!Mən dayım oğluyla gəlirdim bayaq,Gördüm o məktəbdə oxur çox uşaq.Durdum ora pəncərədən baxmağa,Dərslərinə azca qulaq asmağa.Dərsləri yetdikdə, dədə, axirə,Oxudular elliyi birdən-birə.Hamısının yaxşı tuturdu səsi,Hər kim ola görsə düşər həvəsi.Çöldə məni gördü müəllimləri,Tutdu apardı özü lap içəri.Xeyli danışdırdı məni dinlədi,Sonra nəvazişlə mənə söylədi:– De səni göndərsin atan məktəbə,Elm oxuyub ta yetəsən mətləbə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri