Aşıq Feyruz:Aşıq Feyruz söz veribdir bu mahaldan bac almağa,Aşıqları ağlar qoyub, şairlərdən tac almağa.Sənətilə ad qazanıb, məşhur olub ucalmağa,Qarabağın mərkəzində qursun bu gün divan gərək.

Aşıq Valeh:Bu mahal bac verməyib, yaranandan bac alıbdır,Sənətkarı pəhləvan tək zərbə çalıb, tac alıbdır.Güman etmə, kardan düşüb, Aşıq Valeh qocalıbdır,Buludlara ucalmağa qanad çalsın tərlan gərək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri