İsmimi söyləsən, sərsəm edərsən,Başına gələni bil yavaş-yavaş.Dinməyə taqətin qalmaz cəsəddə,Quruyar ağzında dil yavaş-yavaş.

Düşmüsən cənginə bir natiq sərin,Məhəbbət bəhrili, kalamı dərin,Ərdəbilə çatdı qəmli xəbərin,Yasını saxlayar, el yavaş-yavaş.

Dərdlərin müşgüldür, dərmanın baha,Şadlığına güman yoxdur bir daha.Qucaqla möhnəti, can denən aha,Çeşminin yaşını sil yavaş-yavaş.

Qəbrini qazarlar bir qəribyana,Nə bacı ağlayar, nə də ki, ana.Bil, Aşıq Valehdir girən meydana,Qol bağla, minnətə gəl yavaş-yavaş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri