Gözəllərin şahı, şuxu nazənin,Yetişibdi hökmun kulli-cəhanə,Bilirsənmi necə yaxşı yaraşır,Zərəfşan kəmərin, incə miyanə.

Gəlməyib dunyaya sən kimi dilbər,Gulbərg-ləblərin yaquta bənzər,Dolanım başına, ey pəripeykər,Zulfimə subhlər eyləmə şanə.

Pərişan tellərin aldı qərarım,Mayiləm hüsnünə, sevgili yarım.Ceşmi-siyahımsan, lalə uzarım,Olayım mən heyran sən kimi canə.

Şahibazi-aləm mən səni billəm,Düşübən torpağa yolunda ölləm,Daneyi-xalının qurbanı ollam,Qəbul eyləyəsən, şahi-zəmanə.

Cəmalın artıqdır şəmsu qəmərdən,Yolunda kecmişəm can ilə sərdən,Bicarə Kərimi salma nəzərdən,Əgərci kafərəm, gəldim imanə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq