Qəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.

İstədi çəksin fələk hər ay başında mahi-nov,Qaşların tərhin götürdü, əldə invan eylədi.

Xizrdən sərməşq alıbdır, yoxsa bu göz mərdümüBigünəh bu tifli-əşki qanə qəltan eylədi.

Gördü çün könlüm xədəngin həmdəmi-cansuzdur,Can kimi bağrına basdı, munisi-can eylədi.

Canımı almaqda işvən qanıma qıldı kərəm,Qanımı tökməkdə qəmzən canə ehsan eylədi.

Qanlıdır xalın deməkdə qanımı bildi həlal,Nütfeyi-Qabildi, axır qanına qan eylədi.

Tiri-eşqin sinədən çıxmaz, məgər canım çıxa,Can ilən əvvəldə böylə əhdü peyman eylədi.

Çəkmə zəhmət, dərdimin dərmanı yoxdur, ey təbib!Kim mərizi-eşqə bu aləmdə darman eylədi?!

Bilmədim yarın iki surətlə bir tək xalı var,Oynadım xalilə, yandım mən, o talan eylədi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çıxmamış canım deyin Sərrafa tez gəlsin, məni –Bir kəmanəbru nişani-tiri-müjgan eylədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq