Qılmısan
Eşitmişəm bir neçə əhvalmı,Bir özgəyə əhdü-vəfa qılmısan.Tərk eləyib yari-vəfadarını,Rəqib ilə zövqü-səfa qılmısan.
Ayrılalı sənin kimi dildardan,Yarına heç fərq qoymadm əğyardan,Canım alıb bu cəsədi-bimardan,Hər yetənə xeyrü-dua qılmısan.
Zənn elədim bu dostluğun binası,Tərk olmayıb, kəsilməyə arası,Ta olasan dərdli könül davası,Yoxsa gedib qeyrə dəva qılmısan.
Heç yox imiş səndə vəfa, dəyanət,Belə olmaz dost işinə ləyaqət,Tərk eləmək min fəqiri nə hacət?Məlum ki, bir özgə hava qılmısan.
Dedigincə beyətiniz var imiş,Mətləbiniz bir özgə dildar imiş.Kərim sənə rəqibü-əğyar imiş,Axır məni belə cida qılmısan.
Kitabxana.az · https://kitabxana.az/works/mucrum-kerim-qilmisan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mənim yarim vəfasızdur, vəfasız,Mənim dərdim, dəvasızdur, dəvasız.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Telefon söhbətiSən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.