Gülə
Sevdim bir nazlı dilbəri,Üzü bənzər qızılgülə.Görcəyin valeh olmuşam,Ağzmdakı şirin dilə.
İncidən aridi dişi,Yolunda qoymuşam başı,Ağlamaqdan gözüm yaşı,Döndü çaya, döndü selə.
Aşığı candan eyləyən,İşini əfqan eyləyən,Məni canandan eyləyən,Sürüləsən eldən-elə.
Yaşır, gül camalm yaşır,Rəqibin gözü qamaşır,Zəmişan şəddə yaraşır,Sənin təki incə belə.
Bir deyən yoxdu canana,Rəhm elə bu natəvana,Mən Mücriməm, gəldim cana,Bir kəs yoxdu qədrim bilə.
Kitabxana.az · https://kitabxana.az/works/mucrum-kerim-gule
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
OlaydıBarilahi, bu dəhri-fənadaNə olurdu bir həvadarım olaydı.
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.