Telefon söhbəti
Sən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.Yaxındır telefon sayəsində bax,Ürəkdən saçılan sözlərin mənə.
Neçin ruhlanmasın bu yeni şair,Çapar gözləməyir canan elindən,Çılğın arzuları eşqinə dairMərhəmət ummayır səba yelindən.
Əvət, böylə qalmaz yarın bu ölkə,Telfonda fikrimi açarkən sənə,Həsrətlə baxdığım üzün də bəlkəUzaqdan-uzağa görünər mənə.
Məhəbbətin dərin, xəyalın dərin,Nə çıxar sözlərə könlümü versəm?!Əslinə varmaqçın bu söhbətlərin,Nolur gözlərini telfonda görsəm?!
Məni inandırmaz yoxsa bu sözlər,Az iş gəlməmişdir qərib başıma.İstərəm ürəyin aynası gözlərAçıb həqiqəti qoysun qarşıma.
Əvət, böylə qalmaz yarın bu ölkə,Telfonda fikrimi açarkən sənə,Həsrətlə baxdığım üzün də bəlkəUzaqdan-uzağa görünər mənə.
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-telefon-sohbeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qranit damarları ey çəlik qanlı torpaq,Paltarı sərt dəmirdən əli qalxanlı torpaq,
TorpaqHər şeyin anası, qaynağı sənsən!Sənin varlığına ölüm-itim yox.
TozanaqYenə toz... aman, bu toz buludları nə istərBilməm səndən ey Bakı, sən ey atəş diyarı!
UstalarBu yeni il günəş deyil,Elektrik işığilə işıqlanan
Başqa şairlərin şeirləri · Eşq
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,