Mənim yarim vəfasızdur, vəfasız,Mənim dərdim, dəvasızdur, dəvasız.

İrax yüzündin, ey ayinərüxsar,Gözüm, könlüm səfasızdur, səfasız.

Saçınğa dedim isə nafeyi-Çin,Pərişan bolma, bolmaz qul xətasız.

Gedəli sən yıxıldı könlüm evi,Xərab olur bəli, ev kədxudasız.

Məqtə — şairin təxəllüsü olan son beyt. Rəqibə Kişvəri, bolma mə’ariz,Kim, irur hər həqiqətsiz, həyasız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq