Pozulaydı səffi-təndən rişteyi-can, kaş ki
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Pozulaydı səffi-təndən rişteyi-can, kaş ki,Getməsəydi əldən ol zülfi-pərişan, kaş ki.
Göydürürdü bərqi-afətxirməni-ömrüm təmam,Qalmasaydı könlüm içrə daği-pünhan, kaş ki.
Ta ki, bilsünlər mənüm halimni əhli-ruzigar,Əbri-möhnətdən yağaydı mövi-tufan, kaş ki.
Bir nəfəs qalmış həyatımdan yüzünə müntəzir,Can gedər çağda nəsibim olsa iman, kaş ki.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gər pərilər birlə budur aşinalıq Kişvəri,Doğmasaydı anadan fərzəndi-insan, kaş ki.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-pozulaydi-seffi-tenden-risteyi-can-kas-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pərişan ruzigarəm bir pərivəş yardan ayru,Günümm dün tək qaradur, bir məhi-rüxsardan ayru.
Saçın fikri ayağım bağlar olduSaçın fikri ayağım bağlar oldu,Mana guya dəlürmak çağlar oldu.
Xansı yanı kim, qaçarsan, ey ğəzali-müşkbuXansı yanı kim, qaçarsan, ey ğəzali-müşkbu,Tapmayınca qoymazam istab səni mən kubə ku.
Ta ki, boldum aşiina bu arizi güllər biləTa ki, boldum aşiina bu arizi güllər bilə,Naləvü əfğandur işim zari-bülbüllər bilə.