Pərişan ruzigarəm bir pərivəş yardan ayru
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Pərişan ruzigarəm bir pərivəş yardan ayru,Günümm dün tək qaradur, bir məhi-rüxsardan ayru.
İrağ yüzündən, ey firdövs bağın tazə gülzari,Mənəm bir bülbüli-nalan düşüb gülzardan ayru.
Nəzər qıl, ey gözi nərgis, məni-biçarə kim, qaldımZəifü natəvan ol nərgisi-bimardan ayru.
Qurudu natəvan cismim, sədəf tək ağzım açılmış,Sən ey yekdanə, qiymətsiz düri-şəhvardan ayru.
Nə san qaldı bizə, nə dil ki, yarəb, qalmasun hərgizNə can bir ləhzə canansız, nə dil bir yardan ayru.
Giriftari-qəfəs boldum, yenə tutisifət, leykənZəbanüm laldur ol lə’l-şəkkərbardən ayru.
Məqtə — şairin təxəllüsü olan son beyt. Cigərxun Kişvəridən ayrusan, ey gül, vəli bil kim,Gülə qalmaz təravətliq çü düşdü xardan ayru.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-perisan-ruzigarem-bir-perives-yardan-ayru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Necə kim, xəlqi dirildür şivəvü rə’nalığın,Vəh kim, öldürdü məni məstivü bipərvalığın.
Ey məni aşüftə qılğan ənbərəfşan kakilünEy məni aşüftə qılğan ənbərəfşan kakilün,Ruzigarımnı qılıb mundaq pərişan kakilün.
Ey gözü qarətgəri-imanü bərsər kakilinEy gözü qarətgəri-imanü bərsər kakilin,Bağladı islamara zünnari-kafər kakilin.
Ruzin həmişə xürrəm, fərxəndə ruzigarınRuzin həmişə xürrəm, fərxəndə ruzigarın,Bolsun mübarək, ey gül, novruzü növbaharın.
Başqa şairlərin şeirləri · Eşq
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Zavallı könlümXərababadi-qəmdir eşq ilə e'mar olan könlüm,Yanır sevdayi-canan ilə atəşzar olan könlüm.
ƏlindənQan ağlar can quşu daim,Rəhmsiz səyyad əlindən.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,