Açdı yüzidən bürqə’ ol şol ey mana qarşu,Mehrab qaşı darüş-şəfa, gözləri sayru.

Dedim: Bu nə qəmzə, bu nə qaşdur, bu nə kirpik?Dedi: Biri qanlu, biri xudra, biri xudru.

Dedim: Bu nə ğəbğəb, bu nə ləbdür, bu nə dəndan?Dedi: Biri quyu, biri lə’lü, biri lö’lu.

Dedim: Bu nə kakil, bu nə türrə, bu nə mudur?Dedi: Biri ğönçə, biri incə, bir cadu.

Dedim: Bu nə zülfü, bu nə xalü, bu nə gözdür?Dedi: Biri sünbül, biri nafə, biri ahu.

Məqtə — şairin təxəllüsü olan son beyt. Dedim ki, nola Kişvərinin halı ğəmündən,Dedi ki, axir öldürəsidür anı qayğu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq