Gözüm giryandur, ey can, səndən ayru,Tənim üryandır, ey can, səndən ayru.

Tutaşmış köksüm içrə şö’leyi-ah,Könül büryandur, ey can, səndən ayru.

Dəma-dəm xuni-dil giryan gözümdən,Axıb tufandur, ey can, səndən ayru.

Dügünlər lalə tək bağrım içində,Yürəgim qandur, ey can, səndən ayru.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çevirgil başına qul KişvəriniKi, sərgərdandur, ey can, səndən ayru.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri