Saqiya, bir cür’ə sungil badeyi-gülrəngdən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Saqiya, bir cür’ə sungil badeyi-gülrəngdən,Mütriba, bir nəğmə dut mən binəva ahəngdən.
Bir təbəssüm qıl xuday içün, güli-qönçədəhənKim, dili-təngim açılmaz ol dəhani-təngdən.
Yetər ahim gögə, yetdi sərvi-qədindən irağ,Ruzigarim tirədür sən kamili-şəbrəngdən.
Tilbə könlüm ta düşipdür xaki-rahindən cüda,Padişahidür ki, düşmiş tac ilə ovrəngdən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Munca rüsvalıq çəkərsən, nodi axır, Kişvəri,Ol burunqi xanı lafın danişü fərhəngdən.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-saqiya-bir-cur-e-sungil-badeyi-gulrengden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çü qomuşsan rəhi-eşqində, ey qanlı könül, başın,Ğəmi tərk etmə kim, ğəmdür bu yolda əski yoldaşın.
Ey camalü hüsnara xurşid qardaşın səninEy camalü hüsnara xurşid qardaşın sənin,Eşigində şəhpəri-Cəbril fərraşın sənin.
Qıymışam canan yolunda ömrü malü canə həmQıymışam canan yolunda ömrü malü canə həm,Nə mana mə’lurəliq hacət, nə xod viranə həm.
Səadət həmrəhim boldi, müsaid bəxti-firuzimSəadət həmrəhim boldi, müsaid bəxti-firuzim,Bu gün gördüm cəmaluni, mübarək oldu novruzim.