Gözəllər yola çıxandaYoluna qurban mən olum.Mehrin bizə doğru danış,Dilinə qurban mən olum.

Soyuq sular çıxar dağdan,Gül, bənəfşə çıxar bağdan.Yeriyib qucmalı çağdanBelinə qurban mən olum.

Aşıq Camal neylər malı?Sənsiz keçər necə halı?Anası bir halım qarı,Gülünə qurban mən olum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri