Dünən bir gözəl görmüşəm,Adı Gülxanım, Gülxanım.Təzədən dərdə düşmüşəm,Dərdi bil, xanım, bil, xanım.

Gedib ollam ona nökər,Nökər olan cəfa çəkər.Dişi inci, dili şəkər,Dodaq bal xanım, bal xanım.

Aşıq Camal neylər nazı,Əlinə götürməz sazı.Allahım yazaydı yazı,Mənim ol, xanım, ol, xanım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri