Çərxi-fələk, sənə qıllam ziyarət,Dönübdür çilləyə, yayı dustağın.Ah çəkib, ah çəkib qan ağlamaqdanQuruyubdur, çeşmi çayı dustağın.

Ətrafıma nizam qoşun düzülür,Leysan təki gözdən yaşlar süzülür.Hər saatda bir cür təbil vurulur,Deyəsən tutulur toyu dustağın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale