Tale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.Ağıl başda deyil, ruh da bədəndə,Xəstə düşüb qürbət eldə yatıram.

Həm Əliyəm, həm Vəliyəm, həm dəli,Işlərim ah – vayla getmir irəli.Vətəndi könlümün şeyrü, qəzəli,Aç mədahın, nə istəsən satıram.

Sol qolu sağ əllə tuta bilmirəm,Yumulmur kirpiyim, yata bilmirəm,Qəm mənə yoldaşdı, ata bilmirəm,Yavaş - yavaş qəm gölündə batıram.

Əs, ey səba yeli, dolan dağları,Vətəndi kiridən mən tək ağları.Ömür bostanımın solur tağları,Qəza tutub, mən ağlımı atıram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar