Zəmanənin ələyinnən ələndim,Can içində cana gəldim,doğuldum.Bir pərinin xəlbirinnən keçmədim,Bəli deyib bəlasına vuruldum.

Ağam gəlib sığal verdi telimə,Nur dolu badəni verdi əlimə,Qarəsindən nalə endi dilimə,Bir kövsər gölündə batıb duruldum.

Aşıq Heydər düşüb yorğan - döşəyə,Arvad qoymur çıxım evdən, eşiyə.Qurban olum bunu yazan kişiyə,Qara baxtım yatdı, özüm yoruldum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri